80 yaşlı “Qremmi” mükafatçısı vəfat etdi

26.08.2026

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Amerikalı məşhur müğənni, bəstəkar və aktrisa Dolli Parton 80 yaşında dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, sənətçi ABŞ-nin Tennessi ştatının Neşvill şəhərində vəfat edib. Ölüm səbəbi ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Dolli Parton 1960-cı illərdən başlayan sənət fəaliyyətində dünya şöhrəti qazanıb. O, “Jolene”, “I Will Always Love You” və “9 to 5” kimi məşhur mahnıları ilə milyonlarla pərəstişkarının sevgisini qazanıb.

Sənətçi musiqi ilə yanaşı, aktrisa kimi də uğur qazanıb. O, “9 to 5” və “Steel Magnolias” kimi filmlərdə rol alıb. Parton həmçinin xeyriyyə fəaliyyəti ilə tanınıb və uşaqların savadlanmasına yönəlmiş “Imagination Library” layihəsini yaradıb.

Dolli Parton 100 milyondan çox albom satıb və 11 “Qremmi” mükafatına layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью