80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

23.10.2026

Azpost saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp iyun ayında 80 yaşını tamamlamasına baxmayaraq, özünü yaşlı insan hesab etməkdən imtina edib.

“Burada yaşlı insanlar var? Mən qoca deyiləm, yox. Mənə 40-dan bir az çox yaş verərsiniz. Özümü həmin yaşda olduğum kimi hiss edirəm”, – deyə Tramp Ayova ştatında tərəfdarlarına müraciət edərkən bildirib.

Tramp əlavə edib ki, idarki qabiliyyətlərin qiymətləndirilməsi üzrə testdən üç dəfə uğurla keçib.

“Düşünürəm ki, prezidentliyə namizəd olan hər kəs koqnitiv testlərdən keçməyə borclu olmalıdır”, – ABŞ prezidenti vurğulayıb.

AzPost.az

Post navigation

Previous: “İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью