800 kinematoqraf İran etirazları ilə bağlı bəyanat yaydı

22.01.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanın müxtəlif ölkələrindən olan və aralarında dünya səviyyəsində tanınmış şəxslərin də olduğu 800 kinematoqraf İranda etiraz aksiyaları ilə bağl birgə bəyanat yayıblar.

Axar.az xəbər verir ki, bu barədə “Hollivud Reporter” məlumat yayıb.

"Heç bir hakimiyyət öz siyasi mövcudluğunu qoruyub saxlamaq üçün həqiqəti ört-basdır etmək və narazıları susdurmaqda haqlı deyil", - bəyanatda bildirilib.

İran hökumətinin etirazçılara qarşı misli görünəmiş qəddarlığa əl atdığına diqqət çəkən bəyanat müəllifləri Tehran rejiminin əməllərini bəşəriyyətə qarşı cinayətə bərabər olduğunu vurğulayıblar:

"İran xalqının zülmə, yoxsulluğa, ayrı-seçkiliyə və struktur ədalətsizliyinə qarşı geniş yayılmış və dinc etirazlarına cavab olaraq, İslam Respublikası xalqın səsini dinləmək əvəzinə, güllə, kütləvi qətllər, kütləvi həbslər, işgəncələr və ölkə miqyasında internetin bağlanması ilə cavab verdi".

Onlar həmçinin müstəqil beynəlxalq qurumların, film festivallarının, mədəniyyət və incəsənət qurumlarının, eləcə də qlobal rejissorlar və sənətçilər birliyinin İranda törədilən cinayətləri pisləməsini və İslam Respublikasının rəsmi qurumları ilə münasibətlərini yenidən nəzərdən keçirməsini tələb ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью