Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Qarşıdan 28 May-Müstəqillik Günü gəlir.
Müxtəlif bayramlar ərəfəsində ölkədə əfv sərəncamının imzalanması ənənə halını alıb.
Artıq bir müddətdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilib.
İclaslarda neçə müraciətə baxılıb və əfv sərəncamı nə zaman imzalana bilər?
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev “Cebheinfo.az”-a bildirib ki, komissiyanın iclasları artıq başa çatıb: “Üç ay ərzində komissiya gərgin işlədi.
Komissiyanın üzvlərinin, katibliyinin iştirakı ilə bütövlükdə 7 iclasımız oldu. İclaslarımız 20 saata qədər davam etdi.
Bu müddət ərzində hər bir komissiya üzvü daxil olan müraciətlərlə bağlı öz fikirlərini söyləmək imkanına malik idi.
İşgüzar və dəyər yaradan bir mühit var idi. Hər bir müraciət obyektiv araşdırılırdı. Bütün bu rəylər cənab Prezidentə təqdim olunur.