81 yaşında Buker mükafatına layiq görüldü

10.11.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az xəbər verir ki, bu məlumat mükafatın rəsmi veb-saytında dərc olunub.

81 yaşlı yazıçı adi ictimai nizamı alt-üst edən fəlakətdən sonra yaxın gələcəkdə baş verən hadisələrdən bəhs edən satirik antiutopiya əsərinə görə 50 min funt sterlinq (67 min dollar) məbləğində mükafata layiq görülüb. Bu roman "Buker" mükafatı alan ilk elmi fantastika əsəri kimi tarixə düşüb.

Mərasimdən sonra Harrison müasir ədəbiyyat üçün janr sərhədlərinin həlledici olmadığını bildirib.

"Associated Press" yazıçının bu sözlərini sitat gətirib:

"Bu kitab və indi də bu mükafat sübut edir ki, nəinki iki, hətta eyni anda üç və ya dörd janrı birləşdirən əsər yaratmaq tamamilə mümkündür".

Kitabda cərəyan edən hadisələr La-Manş sahilində baş verir. Süjetə əsasən, fəlakət ardınca Böyük Britaniyada naməlum yadplanetli varlıqlar peyda olurlar. Baş qəhrəman dəniz sahilində formasını dəyişə bilən sirli bir artefakt kəşf edir.

Harrison əvvəllər bu romanı yadplanetlilərin istilası və qlobal fəlakətlər haqqında klassik əsərlərin yeni baxış bucağı kimi dizayn etdiyini söyləmişdi. Yazıçı "The Guardian" nəşri üçün yazdığı məqaləsində kitabı "fəlakətin baş verənləri anlamaq bacarıqsızlığından ibarət olduğu bir fəlakət hekayəsi" adlandırıb.

Müəllifin sözlərinə görə, əsərdəki yadplanetlilər həm də Britaniyanın cənub-şərq sahillərindəki gentrifikasiya (kasıb və ya tərk edilmiş şəhər ərazisinin prestijli və bahalı bir məkana çevrilməsi prosesi - red.) da daxil olmaqla, sosial dəyişikliklərin metaforası rolunu oynayır.

Harrison oxuculara personajların dəyişikliklər qarşısındakı çaşqınlığını çatdırmağa çalışdığını vurğulayıb. Kitabın mövzuları arasında o, rasional təfəkkürün böhranını, internetin ictimai müzakirələrə təsirini və cəmiyyətin ekoloji problemlərə münasibətini qeyd edib.

Münsiflər heyətinin sədri, tarixçi Meri Bird romanı gələcəyin prizmasından müasir siyasətə baxış kimi qiymətləndirib və bildirib ki, kitab sakinlərinin mənasını tam anlaya bilmədiyi bir fəlakət yaşayan cəmiyyətdən bəhs edir. Qısa siyahıda Harrison "Buker" mükafatı laureatları Duqlas Stüart və Marlon Ceyms, o cümlədən "Pulitser" mükafatının (Pulitzer Prize) sahibi Elizabet Strautun da daxil olduğu beş finalçını geridə qoyub. O, "Buker" mükafatı tarixinin ən yaşlı qalibi adını qazanıb. "Hər şeyin sonu" romanı Harrisonun 13-cü kitabıdır.

Qeyd edək ki, 1969-cu ildə təsis edilən "Booker Prize" Böyük Britaniya və ya İrlandiyada nəşr olunan ingilisdilli romanlara verilir. Əvvəlki illərdə bu mükafatı alanlar arasında Salman Rüşdi, İen Makyuen və Arundati Roy kimi şəxslər var. 2025-ci ildə isə mükafata "Bədən" romanına görə macar-ingilis yazıçısı Devid Soloy layiq görülmüşdü.(oxu.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью