81 yaşlı kişi eyni anda 3 növ xərçəngdən sağaldı | Icma.az
Medicina saytına istinadən Icma.az xəbər verir. 81 yaşlı britaniyalı Les Metyusda 3 dəfə müxtəlif orqanların xərçəngi aşkarlanıb.“Medicina”
Les simptomlardan və necə sağalmasından danışıb.“İlk dəfə 1993-cü ildə dil xərçəngi aşkarlandı.
Məni sadəcə ağzımda kiçik bir yara narahat edirdi. Nə qədər vaxt keçsə də sağalmırdı və yandırırdı.
Biopsiya şiş göstərdi.Əməliyyatla dilimin iç hissəsi çıxarıldı. 2005-ci ildə isə prostat başladı.
Tualetə gedəndə qan gördüm və şiş aşkarlandı. Yenə əməliyyat və şüaterapiya.2018-ci ildə isə qanlı öskürək və tərləmə ilə xəstəxanaya getdim
Əməliyyat və kimyaterapiya olundum.Hər dəfə şansım gətirirdi.
Amma məni xilas edən o oldu ki, vaxtında həkimə gedirdim, vaxtında əməliyyat olundum.Bir neçə ildir xərçəng tamam yoxdur, sağaldım.
Amma dilimin və ağciyərimin yarısı yoxdur”.Onkoloq Timoti Tituan bildirir ki, 60-70 yaşdan sonra bədxassəli hüceyrələr aktivləşə bilir.
Tam oxu
Xəbəri oxu