81 yaşlı Polad Bülbüloğlu boşanıb, yenidən evlənib ÖZƏL

25.08.2026

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, ölkəmizin Rusiyadakı keçmiş səfiri, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı yeni məlumat yayılıb.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, 81 yaşlı Polad Bülbüloğlu 1997-ci ildə nikaha girdiyi Gülnarə Şıxəliyevadan boşanıb.

Ancaq deputatın subaylığı uzun çəkməyib və o, başqa bir xanımla ailə həyatı qurub. Bildirilir ki, Polad Bülbüloğlu yeni həyat yoldaşı ilə bu yaxınlarda Qəbələdə keçirilən musiqi festivalında iştirak edib.

Festifaldan sonra isə Bülbüloğlu yeni xanımı ilə Bodrum da istirahətə yollanıb.

Məsələ ilə bağlı Polad Bülbüloğlunun özündən açıqlama almaq cəhdlərimiz isə nəticəsiz qalıb.
Deputat zənglərimizi və mesajlarımızı cavabsız qoyub.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью