Icma.az, Cebheinfo portalına istinadən məlumat verir. Ötən il TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 154 182 zəng daxil olub.
Müraciətlərdən 150 798 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 3 384 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib.
“Cebheinfo.az” xəbər verir ki, 1 246 müraciət ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 1 685 müraciət ilə bağlı məsələ həll edilib, 453 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.
Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.
Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.
Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi, eləcə də elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.
Nigar “Cebheinfo.az” Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.