82 il əvvəl batan ABŞ hərbi gəmisi tapıldı KONKRET

18.11.2024

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ və Avstraliya mütəxəssisləri  İkinci Dünya Müharibəsi zamanı batan Amerika hərbi gəmisinin qalıqlarını aşkar ediblər.Yaponların məhv etdiyi gəmi Sakit okeanın dərinliklərində tapılıb.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, Yapon Donanması ilə son döyüşündə “rəqs edən siçan” kimi tanınan “Edsall” hərbi gəmisi  1942-ci ildə leytenant Coşua Niksin komandanlığı altında döyüşlərə qoşulub və  Avstraliya sahillərində batırılıb.

ABŞ-nin Avstraliyadakı səfiri Karolin Kennedi “Edsall”ın tapıldığını elan edib: “Coşua Niks və ekipajı 26  Yaponiya gəmisinin hücumuna məruz qalıb. Yapon döyüş gəmiləri və kreyserləri “Edsall”a 1400 mərmi atıblar”. Avstraliyanın Hərbi Dəniz Qüvvələrinin rəisi, vitse-admiral Mark Hammond bildirib ki, 82 il əvvəl batan gəmi qabaqcıl hidroqrafik tədqiqat imkanlarının köməyi ilə tapılıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью