​82 yaşlı aktrisa çimərlik geyimində FOTO

09.07.2026

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə kinosunun və xüsusilə “Aşk-ı Memnu” serialının ulduzu Nebahat Çehre yay tətilində obyektivlərə tuş gəlib.

Metbuat.az xəbər verir ki, Bodrumun Yalıkavak bölgəsində dincələn 82 yaşlı aktrisa çimərlik geyimi ilə otelin plajında görüntülənib. İllərə meydan oxuyan sənətçinin fiziki forması və gözəlliyi ətrafdakıların heyranlığına səbəb olub.

Gününün böyük hissəsini dəniz kənarında keçirən Nebahat Çehre bu dəfə suya girməyə üstünlük verməyib. O, günəşdən qorunmaq üçün papağı və eynəyini taxaraq saatlarla kölgədə dincəlib, dostları ilə söhbət edib. Məşhur aktrisanın bu görüntüləri sosial şəbəkələrdə geniş rezonans doğurub və müzakirə mövzusuna çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью