Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin məşhur aktrisası Nebahat Çehre son açıqlaması ilə yenidən sosial şəbəkələrin gündəminə çevrilib.
"Yeni Sabah" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi İstanbulun mərkəzində jurnalistlərin suallarını cavablandırarkən şəhərdə şortik geyinilməsi mövzusuna toxunub.
Aktrisa bildirib ki, özünün belə geyimləri ictimai yerlərdə uyğun hesab etmədiyini vurğulayıb: “Şəhər mühiti üçün şortik mənə görə deyil.
Belə geyimlər daha çox dənizkənarı və ya istirahət məkanlarında seçilməlidir”, – deyə o sözlərinə əlavə edib.
82 yaşlı aktrisanın bu fikirləri sosial mediada sürətlə yayılaraq müxtəlif reaksiyalara səbəb olub.
Bir çoxları onun fikrini dəstəklədiyini yazsa da, əksəriyyət aktrisanın bu mövzuda sərt yanaşdığını düşünür.
Əsmətxanım Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.