82 yaşlı Bayden xərçəng şişinin çıxarılması əməliyyatı keçirdi | Icma.az
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın sabiq prezidenti Co Bayden alnındakı xərçəng hüceyrələrinin çıxarılması prosedurundan keçib.
Ona "Moos əməliyyatı” icra olunub – bu metodda dəri üzərində xərçəng izləri qalmayana qədər toxumalar çıxarılır.
Bu barədə onun mətbuat katibi məlumat verib. Qeyd edilib ki, Baydenin həyat yoldaşı Cillə də 2023-cü ildə sağ gözünün üstündən eyni əməliyya
Daha əvvəl internetdə 82 yaşlı Baydenin Delaver ştatında kilsədən alnında sarğı ilə çıxarkən görüntüləri yayılmışdı.
Qaynarinfo "The Times”a istinadla yazır ki, bu, onun xərçənglə ilk mübarizəsi deyil.
Prezident seçilməmişdən əvvəl də onun dəri xərçənginin qeyri-melanoma növləri çıxarılmışdı.
2023-cü ilin fevralında döş qəfəsindən bazal hüceyrəli karsinoma götürülmüş, bu ilin mayında isə o, prostat vəzi xərçənginin sümüyə yayılmış aqressiv formasının aşkarlandığını elan etmişdi.
Tam oxu
Xəbəri oxu