82 yaşlı qadın rekordlar kitabına düşdü

01.05.2025

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın Massaçusets ştatından olan Sara Blekman taxtanı beş dəqiqədən çox tutaraq “Ginnesin Rekordlar Kitabı”na düşüb. Diqqətçəkən fakt odur ki, amerikalının 82 yaşı var.

Lent.az xarici mediaya istinadla bildirir ki, qadının ərinin ölümündən sonra məşqlərə başladığı məlum olub. Ona şəxsi məşqçi kömək edib. Onlar sadə məşqlərlə işə başlayıblar və bir müddət sonra qadın taxtanı dörd dəqiqədən çox saxlaya bilib.

O, əvvəlki rekordçu, 2024-cü ildə 80 yaş 244 günlə rekord vuran keçmiş Playboy modeli Enni Qiudisdən iki yaş böyükdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью