83 milyon manat kapitalı olan dövlət şirkəti ləğv olunur

11.03.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


“Birləşmiş Sukanal” MMC (VÖEN – 9900072871) ləğv olunduğunu elan edib.
Yeniavaz.com
xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 67 ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, ləğv olunduğunu elan edən şirkətin tam adı “Azərsun” ASC-nin “Birləşmiş Sukanal” MMC-dir. Şirkət 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 83 milyon 462 min 560 manat olan “Birləşmiş Sukanal” MMC-nin qanuni təmsilçisi Abbasov Tural Ədalət oğludur.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью