83 yaşlı atasını öldürdü

08.05.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə oğul atasını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kayseri rayonunun Talas qəsəbəsində baş verib. 58 yaşlı E.R. ilə 83 yaşlı atası M.R. arasında yaşadıqları evdə naməlum səbəbdən mübahisə yaranıb. Mübahisənin böyüməsi zamanı oğul atasını bıçaqlayıb.

Hadisə yerinə gələn həkimlər kişinin öldüyünü müəyyən ediblər.

Meyit müayinə üçün aidiyyəti şöbəyə aparılıb, qatil oğul isə saxlanılıb. Araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью