84 min qız papilloma qarşı peyvənd alıb Qazaxıstanda

03.12.2024

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxıstanda 11-13 yaşlı 83,7 mindən çox qız insan papillomavirusuna (HPV) qarşı peyvənd olunub.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ölkədə qızlar üçün genişmiqyaslı peyvənd kampaniyası oktyabrda başlayıb. Valideynlərdən və ya qanuni nümayəndələrdən məlumatlı razılıq alındıqdan sonra peyvəndlər məktəbin tibb məntəqələrində aparılır.

Səhiyyə Nazirliyindən bildirilib ki, peyvənd olunmuş şəxslər arasında peyvənddən sonra mənfi hallar qeydə alınmayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью