85 milyonluq təklifdən imtina etdi

22.08.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərə millisinin və “Bayern Münhen”in ulduz hücumçusu Harri Keyn Səudiyyə Ərəbistanından gələn astronomik təklifdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Express” qəzeti məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu 33 yaşlı futbolçuya illik 85 milyon funt-sterlinq maaş təklif edib. Lakin Keyn bu təklifə müsbət cavab verməyərək, karyerasını “Bayern Münhen”də davam etdirmək qərarına gəlib.

H.Keynin Almaniya klubu ilə müqaviləsi bu mövsümün sonunda başa çatacaq. Tərəflər yeni müqavilə ilə bağlı danışıqları davam etdirirlər və görüşlərin müsbət istiqamətdə irəlilədiyi bildirilir.

Almaniya mətbuatının yazdığına görə, “Bayern Münhen” Keynlə iki illik, futbolçunun özü isə üç illik müqavilə imzalamaq istəyir.

futbolçu 2023-cü ildə “Tottenhem”dən “Bayern Münhen”ə keçib. İngiltərəli hücumçu Almaniya klubunun heyətində keçirdiyi 147 oyunda 146 qol vurub və 33 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью