85 nəfər zəhərlənib, 4 nəfər həyatını itirib RƏSMİ

02.02.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən ay Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.
Bizim.Media xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
 

Qeyd olunub ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 81 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.


Pasiyentlərdən 27 nəfər dərman preparatlarından, 2 nəfər siçan dərmanından (rodentisid), 29 nəfər sirkə turşusundan, 1 nəfər kimyəvi məhlullardan, 2 nəfər allergik reaksiyalardan, 2 nəfər spirtli içkidən, 21 nəfər dəm qazından, 1 nəfər isə inqalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.
Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 4 nəfərin (1 qadın və 3 kişi) həyatını xilas etmək mümkün olmayıb.
Ölüm hallarının əsas səbəbləri dəm qazı və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью