88 yaşında ilk albomunu çıxardı

21.08.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Britaniyalı aktyor Entoni Hopkins ilk tammetrajlı musiqi albomunu təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat striminq xidmətlərindəki siyahılarda yer alıb.

“Quzuların səssizliyi” filmindəki Hannibal Lekter rolu ilə tanınan sənətçi bu albomu 88 yaşında buraxıb.

“Life Is a Dream” adlanan albom Hopkinsin son 60 il ərzində bəstələdiyi 12 orkestr kompozisiyasından ibarətdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью