Qol.az saytına istinadən Icma.az xəbər verir.
Almaniyalı jurnalist Hartmut Scherzer dünya çempionatları tarixində diqqətçəkən rekorda imza atıb.
QOL.az xəbər verir ki, 88 yaşlı media nümayəndəsi ardıcıl 17-ci dəfə dünya çempionatını yerində izləyir.
Scherzer ilk mundialına 1962-ci ildə qatılıb və o vaxtdan bəri keçirilən bütün turnirlərdə iştirak edib.
O, futbol əfsanələri Pelenin, Bekkenbauerin, Maradonanın və s. oyunlarını canlı izləyən nadir jurnalistlərdəndir.
Altı onillikdən artıq davam edən fəaliyyəti nəzərə alınaraq, FIFA Hartmut Scherzerə Dünya Kubokunun miniatür surətini təqdim edib.
O, 1988-ci ildə Almaniyanın “Abendpost” qəzeti bağlandıqdan sonra sərbəst idman jurnalisti kimi fəaliyyət göstərir. Almaniya və İsveçrə nəşrləri üçün yazılar hazırlayır.