88 yaşlı kişini maşın vurub öldürdü

19.01.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ölkə.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə İmişli-Biləsuvar avtomobil yolunun rayonun Çaxırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini 1936-cı il təvəllüdlü Həsən Aslanov yolu keçmək istəyərkən “Mercedes Vito” markalı mikroavtobus tərəfindən   vurulub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью