“88”lə başlayan nömrə nişanları ilə bağlı AÇIQLAMA KONKRET

18.03.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Nəqliyyat vasitələrinə “88”lə başlayan nömrə nişanlarının verilməsi maraqla qarşılanıb. Bu cür seriya nömrələrinə daxil olan rəqəmlərin nəyə əsasən tətbiq edildiyi barədə suallar yaranıb.

KONKRET.az xəbər verir ki, bu barədə pravda.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, yeni “88” qeydiyyat nişanının digərlərindən heç bir fərq yoxdur.

Onun sözlərinə görə, “88” adi seriya nömrəsidir: “Adi rəqəmlərdir. Sadəcə, bu cür kombinasiyalar qurulub və təqdim olunur. Vətəndaşların həvəsi, marağı var, bu nömrədən istifadə edirlər. Şərt deyil ki, nömrəni özəl sifarişlə, xüsusi təmtəraqla alasan. İstənilən şəxs avtomobil alanda yeni nömrə tələb edirsə, istəyirsə, həmin seriyada ona nömrə verəcəklər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью