89 illik müəmmada yeni iz

11.10.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

1937-ci ildə dünya ətrafında uçuş zamanı yoxa çıxan məşhur amerikalı pilot Amelia Erhartın təyyarəsinin taleyinə aydınlıq gətirə biləcək yeni araşdırmaya başlanılıb. Dəniz arxeoloqlarından ibarət ekspedisiya Sakit okeandakı Nikumaroro adasına yollanaraq sualtı obyekti tədqiq etməyi planlaşdırır.

Purdue Universitetinin dəstəklədiyi ekspedisiya 2020-ci ildə peyk görüntülərində aşkar edilmiş və təyyarə qalıqlarına bənzədilən obyekti araşdıracaq. Tədqiqatçılar onun Erhartın idarə etdiyi “Lockheed Electra 10E” təyyarəsinə aid ola biləcəyini ehtimal edirlər.

Amelia Erhart və naviqator Fred Nunan 1937-ci il iyulun 2-də dünya ətrafında uçuşun növbəti mərhələsi zamanı yoxa çıxıblar. Onlar Yeni Qvineyadan Howland adasına doğru hərəkət edirdilər. Son radio əlaqəsi zamanı pilot yanacağın azaldığını bildirmişdi. Bundan sonra təyyarənin və ekipaj üzvlərinin taleyi barədə qəti məlumat əldə edilməyib.

Nikumaroro adası ilə bağlı fərziyyəyə görə, pilot və naviqator adaya eniş etmiş və bir müddət burada sağ qalmağa çalışmış ola bilərlər. Adada tapıldığı bildirilən bəzi tarixi əşyalar da bu ehtimalı gündəmə gətirib.

Bununla belə, mütəxəssislər arasında fikir ayrılığı var. Bəzi tədqiqatçılar peyk görüntülərindəki obyektin təyyarə deyil, suya düşmüş ağac ola biləcəyini düşünürlər. Buna görə də ekspedisiyanın əsas məqsədi obyektin təbiətini müəyyənləşdirməkdir.

Təxminən 900 min dollara başa gələn və 17 nəfərin iştirak etdiyi araşdırmanın nəticələri aviasiya tarixinin ən uzunömürlü müəmmalarından birinə aydınlıq gətirə bilər. Lakin hələlik Amelia Erhartın təyyarəsinin tapıldığı barədə təsdiqlənmiş məlumat yoxdur.

Hazırladı:
S.Rzayeva
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью