9 334 müəllimin əmək müqaviləsinə xitam verilib

30.06.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sertifikatlaşdırma imtahanında hər iki cəhddə keçid balını toplaya bilməyən 9 334 müəllimlə əmək münasibətlərinə xitam verilib".

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə açıqlayıb.

Nazirin sözlərinə görə, 2022-2026-cı illərdə sertifikatlaşdırma imtahanlarında iştirak edən müəllimlərin 58 faizi 30-50 bal toplayaraq uğur qazanıb, 29 faizi isə 51 və daha yuxarı bal toplayaraq yüksək nəticə göstərib.

Emin Əmrullayev qeyd edib ki, müəllimlərin 4 faizi ikinci cəhdədək keçid balını toplaya bilməyib, 9 faizi isə hər iki cəhddə uğursuz nəticə göstərib:

"Bu səbəbdən 9 min 334 müəllimlə əmək müqaviləsinə xitam verilib".

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью