9 ay, 183 milyon manatlıq məhsul... Naxçıvanda

16.10.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvanda bitkiçilik məhsullarının istehsalının dəyəri 182,7 milyon manat təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, ötən illə müqayisədə 9 % çoxdur.

Oktyabrın 1-nə olan məlumata əsasən, Naxçıvanda 46,2 min ton dənli və dənli paxlalı bitkilər, 30 min ton kartof, 30,1 min ton meyvə və giləmeyvə, 7,1 min ton üzüm, 5,6 min ton bostan məhsulları istehsal olunub.

Bu, 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə kartof istehsalı 42 %, bostan məhsulları 40,8 %, dənli və dənli paxlalı bitkilər 21,6 % artıb. Tütün istehsalı isə 2,2 dəfə yüksəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью