9 ay sonra qovuşdular Fotolar

09.10.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi 265 günlük xarici missiyadan sonra San-Dieqoya qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, təxminən doqquz ay dənizdə xidmət edən gəmi San-Dieqo körfəzində 5000-ə yaxın dənizçi və dəniz piyadası ailələri, eləcə də, hərbi rəsmilər tərəfindən qarşılanıb.

Uzun müddətdən sonra yaxınları ilə görüşən hərbçilər arasında xidmətdə olduqları vaxt dünyaya gələn övladlarını ilk dəfə görənlər də olub.

“USS Abraham Lincoln” 21 noyabr 2025-ci ildə San-Dieqodan yola düşüb. Əvvəlcə Sakit okean və Cənubi Çin dənizlərində fəaliyyət göstərməsi planlaşdırılan gəminin marşrutu ABŞ və İsrailin İrana hücumlarından əvvəl Yaxın Şərqə dəyişdirilib.

May ayında başa çatması nəzərdə tutulan missiya münaqişə səbəbindən uzadılıb. Məlumata görə, gəmi 265 günlük xidmət müddətində cəmi iki dəfə sahilə çıxıb: dekabrda Quamda, iyulda isə Omanda.

Missiya müddətində küflü duşlar, sıradan çıxmış tualetlər, həftələrlə işləməyən camaşırxanalar, isti su kəsintiləri və gigiyena vasitələrinin çatışmazlığı ilə bağlı şikayətlər səsləndirilib. Bəzi dənizçilərin gəmidən tullanmağa cəhd etməsi barədə məlumatlar da yayılıb.





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью