9 ayda 10 milyard dollarlıq neft ixrac edilib

27.10.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə bitumlu süxurlardan alınmış 15 milyard 830 milyon ton xam neft və neft məhsulları ixrac edilib. İxracın ümumi dəyəri isə 10 milyard 103 milyon dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyard 164 milyon dollar və ya 13 faiz çoxdur. Bununla belə, hesabat dövründə ixracın həcmi 1 milyard 166 milyon ton və ya 6,9 faiz azalıb.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 5 milyard 511 milyon 82,12 min ABŞ dolları dəyərində 8 milyon 881 min 441,48 ton neft ixrac edib. Bununla da İtaliya, əvvəlki dövrlərdə olduğu kimi, Azərbaycanın ümumi neft ixracında yenə də birinci olub. Siyahıda ilk üçlüyü isə Çexiya və Rumıniya tamamlayıb. Belə ki, hesabat dövründə bu ölkələrə müvafiq olaraq 908 milyon 481,16 min dollar dəyərində 1 milyon 326 min 505,29 ton və 644 milyon 318,31 min dollar dəyərində 1 milyon 14 min 14,22 ton xam neft ixrac olunub.

Bununla yanaşı, cari ilin yanvar-sentyabr ayılarında Hindistan, Almaniya, Tunis, Bolqarıstan, İndoneziya, Portuqaliya və İsveçrə də Azərbaycan neftinin əsas alıcıları sırasında yer alıb.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.

Dövlət Gömrük Komitəsi bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qaz ixracı barədə də məlumat yayıb. Qurumun məlumatına görə, hesabat dövründə ölkəmizdən 6 milyard 449 milyon dollar dəyərində 17 milyard 994 milyon kubmetr təbii qaz ixrac edilib. Bu da bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 250 milyon dollar və ya 3,7 faiz, həcm ifadəsində isə 534 milyon kubmetr və ya 2,9 faiz azdır.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью