9 ayda 14,7 milyon ton yük daşınıb

17.11.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən ümumilikdə 25 milyon 942,4 min ton yük daşınıb.

“Yeni Sabah” Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki,  yük daşımalarının həcminin 12 081,7 min tonu dəmir yolu, 8 490,6 min tonu avtomobil, 5 370,1 min tonu isə dəniz nəqliyyatı ilə həyata keçirilib.

Hesabat dövründə nəqliyyat dəhlizləri üzrə daşınmış yüklərin həcmində Şərq-Qərb dəhlizi xüsusi çəkiyə malik olub. Belə ki, bu dəhliz vasitəsilə 14 741,3 min ton yük daşınıb ki, bunun da 7 507,2 min tonu Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin payına düşüb. Bundan əlavə, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 6 867,2 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 3 886,9 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə isə 447,0 min ton yük daşınıb. Online shopping Azərbaycan

Qeyd edək ki, doqquz ay ərzində dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 47,0 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin isə 46,6 faizini tranzit yüklər təşkil edib.

Cəlalə Cəlalqızı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью