9 ayda 19,9 milyon ton neft və 37,9 milyard kubmetr qaz

17.10.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2026-cı ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, ölkəmizdə 19,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 5,1 milyon ton təşkil edib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 9 ayda 15,5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın payına düşüb.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında ölkədə xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (446 min barel), kondensat hasilatı 12 min ton (101 min barel) təşkil edib. Ümumilikdə, neft hasilatı orta hesabla gündəlik 73 min ton (547 min barel) olub.

Hesabat dövründə ölkədə 4,5 milyon ton neft emal olunub.

Nazirliyin məlumatına əsasən, 2026-cı ilin 9 ayında ölkədə 37,9 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın 10,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 20,6 milyard kubmetri “Şahdəniz”in, 1,2 milyard kubmetri “Abşeron” yatağının, 5,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Bu dövrdə qaz ixracı 18,4 milyard kubmetr təşkil edib. Bunun 8,6 milyard kubmetri Avropanın, 7 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4,2 milyard kubmetr), 1,6 milyard kubmetri Gürcüstanın, 1,2 milyard kubmetri isə Suriyanın payına düşüb.

Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2026-cı il oktyabrın 1-dək Azərbaycanda 684,5 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə) və 540 milyard kubmetr qaz hasil edilib. Neftin 629,5 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılıb. “Şahdəniz” yatağından isə 55 milyon tona yaxın kondensat hasil olunub.

Qaz həcmlərinin 254,7 milyard kubmetri AÇG-nin, 285,3 milyard kubmetri isə “Şahdəniz”in payına düşüb.

Ötən müddətdə 682,5 milyon ton xam neft və kondensat, 206,4 milyard kubmetr qaz ixrac olunub.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью