Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 248,1 milyon manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 35,2 faiz azalmış, elektrik avadanlıqlarının istehsalı isə 8 faiz artıb.
9 ayda 1 090 ədəd notbuk (23,8% azdır), 1 415 ədəd stolüstü kompüter, 221,5 min ədəd ölçmə cihazları, 155 ədəd güc transformatorları istehsal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!