9 ayda gecikdirilmiş 548,4 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub

09.10.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-sentyabr ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 548443 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

ƏƏSMN-dən  verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Bildirilib ki, bu vəsaitlərin 90 faizi əməkhaqqı, 10 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.

Qeyd edilib ki, müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 69 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib: "Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью