9 ayda Naxçıvanda 29 nəfər dəm qazından zəhərlənib

14.10.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin ilk doqquz ayı ərzində Naxçıvanda 29 nəfər dəm qazından zəhərlənib.

Bu barədə APA-nın yerli bürosuna Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzindən məlumat verilib. Bildirilib ki, qeyd olunan müddətdə zəhərlənmə hallarının hamısı ambulator formada qeydə alınıb və həmin şəxslərə lazımi tibbi yardım göstərilib.

Qeyd olunub ki, dəm qazı ilə zəhərlənmə halları əsasən qış aylarında, xüsusilə, yanvar və mart aylarında daha çox müşahidə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью