9 ayda Qayıdış layihələrinə 2 milyard manat xərclənib

30.10.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına və bərpasına 1 milyard 761,4 milyon manat vəsait yönəldib. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin vəsaitin 891,8 milyon manatı su təsərrüfatı, meliorasiya, istilik təchizatı, nəqliyyat, kommunal infrastrukturlarının tikintisinə və yenidən qurulmasına, 692,5 milyon manatı təhsil, səhiyyə və mədəniyyətyönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 177,1 milyon manatı isə müdafiə, hüquq-mühafizə və digər təyinatlı obyektlərin tikintisi və təmiri tədbirləri üzrə xərclərə yönəldilib.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью