Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
2026-cı ilin yanvar–sentyabr aylarında ölkəmizdə 102 milyard 48,2 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə ÜDM istehsalının 34,3 faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,4 faizi tikinti, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə sahələrinin, 20,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil edib.
9 ayda informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 11,1 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 10 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,8 faiz, digər xidmət sahələrində 1,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 1,1 faiz, sənayedə 0,2 faiz artıb, tikintidə isə 8,7 faiz azalıb.
XQ