Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Litvalı bir cütlük 9 aylıq körpəsi ilə Polşanın ən yüksək zirvəsi olan Rysi dağının (2 499 m) başına qalxdı, lakin bunun üçün lazım olan təhlükəsizlik avadanlıqlarına malik deyildilər.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, turistlər qrupuna daxil olan valideynlər ağır hava şəraitinə və torpaq sürüşməsi təhlükəsinə baxmayaraq dağa qalxmağa davam etdilər. Zirvəyə çatmaq onlara möcüzə sayəsində mümkün oldu, lakin eniş zamanı uşağın atası təhlükəni dərk edərək dağın bələdçisindən “qar dırmanma alətləri” istədi.
Valideynlər xilasedicilərdən kömək təklifini rədd etdilər, çünki sığortaları yox idi. Nəticədə bələdçi özü körpəni qucağına alaraq təhlükəsiz yerə apardı. Onun peşəkarlığı sayəsində heç kim xəsarət almadı.
Hadisə Polşada sosial şəbəkələrdə yayılaraq, valideynlərin məsuliyyətsiz hərəkəti tənqid olundu.
Nuriyyə NATİQQIZI