525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyada çoxmərtəbəli yaşayış evinin 9-cu mərtəbəsindən yıxılan körpə möcüzə nəticəsində sağ qalıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, olay Xantı-Mantiysk avtonom vilayətinin Megion şəhərində yaşanıb.
Valideynlərin nəzarətindən yayınan yaşyarımlıq oğlan eyvandan həyətə yıxılıb. Ciddi xəsarətlər alan uşaq təcili xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı cinayət işi qaldırılıb. Prokurorluq əməkdaşları həmçinin, valideynlərin uşağı hansı səbəbdən nəzarətsiz qoymalarını araşdırır.
L.Tağıyeva