9 cu sinif şagirdi ürəktutmadan öldü

08.08.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

16 yaşlı yeniyetmə qəfil dünyasını dəyişib.

"Unikal" Gencexeber.az-a istinadən xəbər verir ki, mərhumun yaxınları tərəfindən verilən məlumata görə, bu gün səhər saatlarında Bakının 62 saylı məktəbinin 9-cu sinif şagirdi, 2009-cu il təvəllüdlü Əmiraslanov Röyal ürəktutmasından vəfat edib.

Əslən Tovuz rayonundan olan Röyalın əvvəllər sağlam olduğu və səhhətində heç bir ciddi problemin yaşanmadığı bildirilib.

Məsələ ilə bağlı araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью