9 cu sinif şagirdi vəfat edib

04.08.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın 9-cu sinif şagirdi Qasımov Kənan Fariz oğlu vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə gimnaziyadan bildirilib.

"Kənan məktəbimizin ən fəal şagirdlərindən, “Şagird təşkilatı”mızın və “Teatr” dərnəyimizin aktiv üzvlərindən, gimnaziyanın sosial şəbəkə hesablarının və elektron səhifəsinin idarəçilərindən idi", - deyə qeyd edilib.

Kənan Qasımov buraxılış imtahanlarında və məktəb dərslərində də yüksək nəticə göstərmişdi.

Allah rəhmət eləsin! 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью