9 cu sinif şagirdini qaçıran 31 yaşlı şəxs saxlanıldı

14.03.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Goranboyda qaçırılan 9-cu sinif şagirdi tapılaraq ailəsinə təhvil verilib. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov "Unikal"a bildirib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B-nin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, 31 yaşlı O. Hüseynzadə saxlanılaraq istintaqa təhvil verilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью