9 cu sinif şagirdinin anası: Oğlum yalvarır ki, mənə kömək etsinlər, dözə bilmirəm

26.05.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Astan Sakit oğlu Məmmədovun sizin köməyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Ülviyyə Məmmədova məlumat verib.

O bildirib ki, övladı qan xərçəngi ilə mübarizə aparır:

"Övladımda xəstəlik ikinci dəfə qayıdış edib. Biz Saatlıda yaşayırıq. Biləndə ki, övladım ağır xəstəliyə yenidən düçar olub, evimizi və heyvanlarımızı satıb oğlumun müalicəsi üçün xərclədik. Lakin hazırda imkansızlıqdan müalicəsi dayanıb. Astan ağrıdan qıvrılır. Ən ağır kimyaterapiyaları qəbul edib. Amma o, ilik nəqli əməliyyatı olmalıdır. Qardaşı və atasından analiz götürdülər. Qardaşında ümumiyyətlə uyğun gəlmədi, atasında isə 50 faiz ehtimal çıxdı. Başqa donor tapılmadığı üçün də atasından ilik köçürüldü. Amma ilik düşmədi. Hazırda oğlumun vəziyyəti yaxşı deyil. Bizə iliyin dəyişilməsi üçün 25 min dollar lazımdır. Xalqımızdan xahiş edirəm bizə əl tutsunlar. Astanın arzuları böyükdür. O, doqquzuncu sinif şagirdidir. Lakin xəstəliyinə görə məktəbə də gedə bilmir. O, hər gün mənə deyir ki, ana, yalvarıram, mənə kömək edin, sağalım".

Əlaqə nömrəsi: 0519278206

Kapital bank: 4169738871287862

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью