9 evdən oğurluq etdi TUTULDU

25.02.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluqlar edilib.
DİN mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, naməlum şəxs müxtəlif vaxtlarda rayonun Maştağa qəsəbəsində iki evə daxil olaraq pul və qızıl-zinət əşyaları talayıb.
 

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı S.Mirzəyev saxlanılıb.


Araşdırma zamanı onun rayon ərazisində daha yeddi evdən pul və qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью