9 gün iş olmayacaq Tarixlər açıqlandı

11.11.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir.

Modern.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub.

Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazara təsadüf edir. Bundan başqa, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də rəsmi qeyri-iş günüdür.

Beləliklə, beşgünlük iş həftəsi ilə çalışanlar dekabr ayında 22 gün işləyəcək, 9 gün isə istirahət edəcəklər.

Altıgünlük iş rejimində çalışanlar üçün isə ay ərzində 5 qeyri-iş günü nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью