9 il sonra milli komandanı tərk edir

04.07.2026

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xorvatiya Futbol Federasiyası ilə müqaviləsi başa çatan Zlatko Daliç milli komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, 59 yaşlı mütəxəssis Birləşmiş Ərəb Əmirliklərindən aldığı sərfəli təklifi dəyərləndirmək niyyətindədir. Bu barədə "Sportske Novosti" nəşri məlumat yayıb.

Yığma komandanın yeni baş məşqçisinin kim olacağı da müəyyənləşmək üzrədir. Federasiya bu posta 2006-2012-ci illərdə millini çalışdırmış Slaven Biliçi gətirməyi planlaşdırır.

Qeyd edək ki, Zlatko Daliç 2017-ci ilin oktyabrından Xorvatiya millisinə rəhbərlik edir. "Damalılar" DÇ-2026-nın 1/16 final mərhələsində Portuqaliyaya məğlub olaraq turnirdə mübarizəni dayandırıblar.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью