9 ildən sonra AB rəsmisinin Bakıya səfəri… Bayramov

25.04.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Doqquz ildən sonra Avropa Birliyi ali nümayəndəsinin Azərbaycana səfər etməsi əlamətdar hadisədir.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, bu, əməkdaşlıq perspektivi baxımından önəmli fürsətdir:

“Bu, Kaya Kallasla qısa müddətdə ikinci təmasımızdır. İlk dəfə ötən ilin dekabrında Maltada ATƏT XİN başçılarının görüşündə görüşmüşdük”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью