9 ildən sonra xərçəngdən sağaldı

28.11.2024

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

65 yaşlı aktyor Dolf Lundqren doqquz illik mübarizədən sonra xərçəngə qalib gəlib.

Axşam.az xəbər verir ki,  bu barədə aktyor özü məlumat yayıb. 

O, bildirib ki, ağciyər ablasiyası əməliyyatı keçirib. Aktyor sonuncu şişindən də xilas olduğunu əlavə edib.

Qeyd edək ki, Lundqrenə 2015-ci ildə bu xəstəlik diaqnozu qoyulub. Aktyorun sözlərinə görə, həkimlər onun maksimum 2-3 il yaşayacağını proqnozlaşdırmışdılar.

Aktyor ötən il ikinci dəfə 27 yaşlı sevgilisi Emma Krokdalla evlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью