9 May gərginliyi: Putin Avropanın təhdidlərinə CAVAB VERDİ KONKRET | Icma.az
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya prezidenti Vladimir Putin bəzi Avropa rəsmilərinin Avropa liderlərini 9 mayda Moskvaya gəlmək planlarına görə təhdid etməsinə münasibət bildirib.
KONKRET.az “Sputnik”ə istinadən xəbər verir ki, Rusiya dövlət başçısı hesab edir ki, Avropa rəsmilərinin bu təhdidləri həyata keçirmək üçün zəruri alətləri yoxdur.
“Birincisi, bu təhdidlərin həyata keçirilməsi üçün zəruri alətlərə malik olmaq lazımdır.
İkincisi isə, bu imkanlardan istifadə etməyə hazır olmaq lazımdır.
Mən Avropa rəsmilərinin bu imkanlara malik olub-olmadığını bilmirəm”, – deyə Putin jurnalistlərin sualını cavablandırarkən bildirib.
Rusiya prezidentinin sözlərinə görə, Rusiyaya gəlmək niyyətində olan Avropa liderləri cəsarət nümayiş etdirirlər: “Onlar qat-qat cəsurdular.
Lakin təhdid edənlər kiminsə arxasında gizlənirlər və başqalarına – nasizmlə mübarizədə həyatını qurban verən insanların tarixi xidmətlərini qeyd etmək istəyənlərə təhdidlər səsləndirməyə çalışırlar”, – deyə o əlavə edib.
Tam oxu
Xəbəri oxu