Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Asiya-Sakit okean regionu ölkələrinin liderləri Moskvaya gələcək.
Reyting.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Üçüncü Asiya departamentinin direktoru Lyudmila Vorobyova bildirib.
O, İkinci Dünya Müharibəsində Qələbənin 80-ci ildönümü ilə bağlı paradda iştirak etmək üçün bir sıra Asiya–Sakit okean hövzəsi ölkələrinin liderlərinin Moskvaya gələcəklərini təsdiqləyib.
Diplomatın sözlərinə görə, hazırda Rusiyanın bu ölkələrlə dialoqu intensiv şəkildə inkişaf edir.
V. QULİYEV