9 mərtəbəli binada əməliyyat Uşaq xilas edildi

15.11.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində yerləşən yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin qapısını açaraq 2017-ci il təvəllüdlü Əhmədov Nurəddin Asim oğlunu valideynlərinə təhvil veriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью