9 milyon dollar udan qaz mühəndisi ertəsi gün işə

16.01.2025

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Metro" nəşrinin yaydığı məlumata görə, 20 yaşlı gənc lotereyada 9 milyon dollar udsa da ağır işini tərk etməyib. O, ertəsi gün işə gedib.
"Qaz mühəndisi işləyən Ceyms Klarksonun telefonuna Milli Lotereyadan 9 milyon dollarlıq cekpot udmasına dair sürpriz bildiriş gəlib. Britaniyalı gənc hadisəni xatırlayarkən deyib ki, bildirişdən sonra elə güclü sevinc hissi keçirməyib və baş verənləri sevgilisinə danışmaq üçün onu yuxudan oyadıb. Qız isə ona belə cavab verib ki, yəqin yuxulu olduğun üçünbelə bir uduşu sadəcə təsəvvür etmisən. Ceymsin sevgilisi yenidən yatıb. Bununla belə, Klarkson məlumatı iki dəfə yoxlayıb və heç bir səhv olmadığına əmin olub", - nəşr yazıb.
Ceyms bütün gününü ailəsi ilə keçirib və yaxınları ilə öz şansını müzakirə edib: "Axşam isə onlar şənliklərini nənə və babalarının yanında şampan açmaqla qeyd ediblər. Möhtəşəm lotoqələbəyə baxmayaraq, Ceyms ertəsi günün səhəri obyektlər xidmət göstərmək üçün mühəndis işinə qayıdıb".
Tural Tağıyev
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью