9 milyonluq rəsm əsərlərini oğurlayan beş nəfər həbs edildi

14.08.2026

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İtaliyada Parma yaxınlığındakı Magnani-Rocca Fondunun özəl muzeyindən üç sənət əsərini oğurladıqlarına görə Moldova əsilli beş nəfər həbs edilib.

"Bakupost" xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.

Sözügedən əsərlər Pyer-Ogüst Renoir, Pol Sezan və Henri Matissin olub.

Oğurlanmış əsərlərin ümumi dəyəri təxminən 9 milyon avro olaraq qiymətləndirilir.

Hər üç əsər tapılaraq muzeyə qaytarılıb.

Asena,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью